İki futbolçu Argentina millisində karyerasını başa vurdu


İdman 01 İyl 2018 10:50:00 243 0

İki futbolçu Argentina millisində karyerasını başa vurdu

Argentinanın dünya çempionatının 1/8 finalında Fransaya 3:4 uduzmasından sonra 2 futbolçu milli karyerasını başa vurub. Goal.az xəbər verir ki, bunları Xavyer Maskerano və Lukas Bilyadır. 32 yaşlı Bilya DÇ-2018-in 1/8 finalında Fransaya 3:4 hesablı məğlubiyyətdən sonra bununla bağlı bildirib: "Yerimi gənclərə vermək vaxtıdır. Bizdə yeni istedadlı oyunçular var". O, cari mundialda İslandiya ilə matçda meydana çıxıb.

2003-cü ildən milli komandanın şərəfini qoruyan Maskerano da "TYC Sport"a açıqlamasında yerini gənclərə vermək istədiyini söyləyib. Qeyd edək ki, 34 yaşlı havbek yığmada keçirdiyi oyunların sayına görə rekordçudur.