Son bir ildə 132 nəfər müharibə veteranı ölüb


Digərləri 01 İyl 2018 10:31:00 282 0

Son bir ildə 132 nəfər müharibə veteranı ölüb

2018-ci ilin əvvəlinə Azərbaycan Respublikası prezidentinin təqaüdünü alan Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 286 nəfər, əlillərinin sayı isə 345 nəfərdir.

Son.az bildirir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova bildirib.

2017-ci il yanvar ayının 1-ivəziyyətinə Böyük Vətən Müharibəsi iştirakçılarından 332 nəfəri isə müharibə iştirakçısı kimi, 431 nəfəri müharibə əlili kimi Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunub.

Rəsmi statistikanın müqayisəsi zamanı ötən 1 il ərzində 86 nəfər müharibə əlili, 46 nəfər müharibə iştirakçısının dünyasını dəyişdiyi məlum olur.

Xatırladaq ki, 2013-cü il yanvar ayının 1-i vəziyyətinə 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 724 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı isə 1306 nəfər təşkil edib.