"Övladlığa uşaq götürmək istəyirəm" Dilarə


Şou-biznes 01 İyl 2018 09:23:00 261 0

"Övladlığa uşaq götürmək istəyirəm"  Dilarə

"Eurovision 2014" təmsilçimiz Dilarə Kazımova şəxsi həyatından danışıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, sənətçi "Növbəti dəfə ailə qurmaq niyyətiniz varmı?" sualına belə cavab verib:   "Hələ ki, elə bir yenilik yoxdur. Ümumiyyətlə, şəxsi həyatımı gizli saxlamağı sevən insanam. İlk evliliyimə son qoyan zaman mənə çox suallar verildi. Amma lap axırda, rəsmən boşanandan sonra ayrıldığımı açıqladım. Onu da söhbətləri bağlamaq üçün dedim. Amma insanın həyatında sevgi mütləqdir. Sevdiyin şəxs yoxdursa, özünü, həyatı sevməlisən". Dilarə övladlığa uşaq götürmək istədiyini də dilə gətirib:

"Bu barədə düşünürəm. Fikirləşmişdim ki, bioloji olaraq ana olsam da, olmasam da uşaqlar evindən övladlığa uşaq götürəcəm. Əgər insanda bu imkan varsa, niyə də götürməsin. İndi də bu barədə düşünürəm. Amma buna illərlə yaxınlaşmaq lazımdır. Çünki bu böyük və dərin bir məsuliyyətdir. Övladı götürürsənsə, axıra qədər saxlamalısan. Bəziləri övladlığa uşaq götürür, daha sonra qaytarır. Bu düzgün deyil. Yaxşılıq etmək imkanın varsa, bunu mütləq et. Bunun üçün rəsmi olaraq hələ ki, müraciət etməmişəm. Ola bilsin ki, birazdan. Bu fikir beynimdə var".