Polis rəisi münaqişə zamanı başından daşla vurulub


Kriminal 01 İyl 2018 08:40:00 278 0

Polis rəisi münaqişə zamanı başından daşla vurulub

Sumqayıt şəhərində polis münaqişə zamanı xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin 14-cü məhəlləsində baş verib.

1981-ci il təvəllüdlü Bakı şəhər sakini, polis işçisi Məmmədov Namiq Ramiz oğlu Sumqayıtın 14-cü məhəlləsi ərazisində münaqişə zəminində gicgah nahiyəsindən daş yarası alıb.

Xəstəxanaya çatdırılan şəxs daha sonra ambulator müayinəyə buraxılıb.