Fəhləni maşın vuraraq qaçıb


Kriminal 01 İyl 2018 08:30:00 271 0

Fəhləni maşın vuraraq qaçıb

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, Hacı Zeynalabdin qəsəbəsindəki marketlərin birində fəhlə işləyən 1999-cu il təvəllüdlü İsrafilov Eldəniz Mübariz oğlu həmin ərazidə yolu keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Sürücü hadisə yerindən uzaqlaşıb.