Hacıqabulda yanğın


Digərləri 01 İyl 2018 08:20:00 262 0

Hacıqabulda yanğın

Hacıqabulda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Muğan qəsəbəsində ümumi sahəsi 200 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 85 m² sahədə və damına yığılmış 10 ton ot bağlamasının 6 tonu yanıb.

Tikilinin, ot bağlamasının qalan hissəsi və tikiliyə bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.