77 yaşlı kişini maşın vuraraq öldürüb


Digərləri 01 İyl 2018 08:24:00 411 0

77 yaşlı kişini maşın vuraraq öldürüb

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1941-ci il təvəllüdlü yerli sakin Tağıyev İsman Məmməd oğlu şəhərin 10-cu mikrorayonu ərazisində yolu keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Meyit müayinə üçün Sumqayıt şəhər morquna aparılıb.

Sürücü məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.