Kənd təsərrüfatı məhsullarının istehsalçıları öz məhsullarını onlayn rejimdə sata biləcək


Digərləri 01 İyl 2018 07:55:00 304 0

Kənd təsərrüfatı məhsullarının istehsalçıları öz məhsullarını onlayn rejimdə sata biləcək

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları öz məhsullarını evdən çıxmadan ölkənin istənilən nöqtəsində müştərilərə sata biləcək. Bunu "aqrar.az" onlayn platforması vasitəsilə etmək mümkün olacaq.

Son.az xəbər verir ki, layihənin rəhbəri Ülkər Seyidova Trend-ə bildirib ki, yeni yaradılmış portal kənd təsərrüfatı məhsullarının satışı prosesini mərkəzləşdirməyə və sadələşdirməyə imkan verəcək:

"Sahibkarlar pulsuz qeydiyyatdan keçməklə məhsulların satışı barədə məlumatı şəkillərlə birlikdə yerləşdirə bilərlər. Satıcılar üçün məhsulun yerləşdirildiyi müddət ərzində qiyməti dəyişmək imkanı nəzərdə tutulub".

Ü.Seyidovanın sözlərinə görə, saytda ilkin, emal olunmayan məhsul yerləşdirilir. Elanları ölkənin istənilən regionunun sakinləri yerləşdirə bilər.