Başqa dünyadan qalaktikamıza gələn ilk cisim haqqında İNANILMAZ FAKTLAR


Digərləri 01 İyl 2018 03:30:00 319 0

Başqa dünyadan qalaktikamıza gələn ilk cisim haqqında İNANILMAZ FAKTLAR

Başqa bir ulduz sistemindən Günəş Sisteminə keçdiyi təsbit edilən ilk cisim olan "Oumuamua"nın (Kəşfiyyatçı) mənşəyi məlum olub.

Son.az xəbər verir ki, incə, uzun quruluşa malik qəribə cismin quyruqlu ulduz və ya asteroid olması mübahisələrə səbəb olub.

İtaliyalı astronom Marko Miçelinin rəhbərlik etdiyi komanda ilk dəfə Havay adalarındakı "Pan-STARRS" teleskopu tərəfindən 19 oktyabr 2017-ci ildə kəşf edilən "Oumuamua" üzərində araşdırma aparıb. Nəticələri "Nature" dərgisində yayımlanan araşdırmada yad cismin təbiəti, sürəti və orbiti incələnib. Cismin sürətini sadəcə Günəş Sisteminin cazibə qüvvəsi ilə deyil, içindəki qazların xaricə çıxması nəticəsində əldə etdiyi ortaya çıxıb.

Quyruqlu ulduzların uçmalarını təmin edən şeyin içlərindəki qaz yığıntısını xaricə buraxmaq olduğunu vurğulayan araşdırmaçılar sözügedən cisimdəki qazın karbon-monoksid, karbon-dioksid və sudan yaranmasına dair sübut tapıb. Miçeliyə görə, əldə edilən ən dəqiq bilgilər cismin asteroid olmasını göstərir. Ancaq "Kəşfiyyatçı"nı bir asteroid olaraq təqdim etmək, ulduzlararası səyahətin hələ də açılmayan sirləri haqqında bir çox sualı cavabsız qoyur.