Niyə Siffeyndə düşmən təqib edildi, amma Cəməldə yox?


Digərləri 30 İyn 2018 23:50:00 297 0

Niyə Siffeyndə düşmən təqib edildi, amma Cəməldə yox?

Ali dini Rəhbər Qurani-Kərimin bu ayəsinə: "Əgər yerinə yetirəcəklərini öhdələrinə götürdükdən sonra əhdlərini pozsalar və sizin dininizə tənə vurub irad tutsalar, onda bəlkə əl çəkələr deyə (bu) küfr başçıları ilə vuruşun ki, onların heç bir öhdəçilikləri yoxdur". ("Tövbə" 12) işarə edərək, buyurur: "Bu düşmənlərin qarşısında dayanmaq lazımdır. Sərhədləri möhkəmləndirmək lazımdır. Əmin olmaq lazımdır ki, Allahın izni ilə düşmənə qalib gəlinəcəkdir".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əlidən (ə) soruşurlar: "Niyə Siffeyn döyüşündən qaçanları təqib etdiniz, ancaq Cəməl döyüşündən qaçanlarla işiniz olmadı?".

Həzrət Əli (ə) buyurur: "Siffeyn döyüşündə küfrün rəhbəri sağ idi. Qaçanlar onun ətrafında toplaşdılar və yenidən hücum etdilər. Ancaq Cəməl döyüşündə rəhbərlərini öldürülməsi ilə yenidən toplaşmaq üçün imkanları yaranmadı".

İmam Sadiq (ə) buyurur: "Hər kim sizin dininizə tənə vurar, mütləq kafir olar". Sonra yuxarıdakı ayəni tilavət etdi.

Bəs bu ayə nə demək istəyir?