Yevlaxda PQ-7S raketi aşkar olunub (FOTO)


Digərləri 30 İyn 2018 23:26:48 312 0

Yevlaxda PQ-7S raketi aşkar olunub (FOTO)

Yevlax rayonunda mərmi tapılıb.

Bakı. Yevlax rayonunda mərmi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 17:54-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 18:08-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Yevlax şəhəri, Kür çayının sahilində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və AnchorYevlax şəhər Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.