Ağcabədidə VAZ, Goranboyda 4 otaqlı ev yanıb


Digərləri 30 İyn 2018 23:17:00 272 0

Ağcabədidə VAZ, Goranboyda 4 otaqlı ev yanıb

Ağcabədi və Goranboyda yanğın olub.

Son.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Ağcabədi rayonunda ümumi sahəsi 150 m² olan talvarın lambirdən ibarət tavanı, altında dayanmış "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və salonu yanıb. Avtomobilin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Goranboy rayonunun Todan kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik ümumi sahəsi 40 m² olan köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.