Keçmiş səfirin oğlu güllələndi


Dünya 30 İyn 2018 23:02:00 288 0

Keçmiş səfirin oğlu güllələndi

Moldavanın Rusiyadakı keçmiş səfiri Anatoli Çeranın oğlu Teodor Çeran şənbə gününə keçən gecə güllələnib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, onu qətlə yerən şəxs saxlanılıb.

"İyunun 30-na keçən gecə paytaxtın Buyukan sektorundakı evlərdən birində atəş səsi eşidildiyi barədə polisə məlumat daxil olub. Hadisə yerinə gedən polislər 30 yaşlı kişinin meyitini aşkar ediblər. O, aldığı 3 güllə yarasından keçinib. Qətli törətməkdə şübhəli bilinən 32 yaşlı şəxs saxlanılıb", - Moldava polisinin məlumatında bildirilir.

Hüquq-mühafizə orqanları müəyyən edib ki, qətlə yetirilən 30 yaşlı Teodor Çeran siyasətçi, Moldavanın Rusiyadakı keçmiş səfiri Anatoli Çeranın oğludur.