İsti yay günlərində kondinsionersiz


Digərləri 30 İyn 2018 23:05:00 256 0

İsti yay günlərində kondinsionersiz

Sinoptiklər 42-43 dərəcəlik istidən xəbərdarlıq edir. Insanlar isə gündüz yollarda, işdə, gecə yatanda isti ilə necə mübarizə aparacağını düşünür. Çoxu kondinsineri cıxış yolu kimi görür. Amma kondinsioner də hər yerdə yoxdur. Heç düşünmüsüzmü, qədimdə nənə-babalarımız yayda ventilyator, kondinsionersiz necə dözürdülər? İnsan elə varlıqdır ki, hər şəraitə uyğunlaşır. Yetər ki, bəzi sirləri bilsin.

Son.az medicina.az-a istinadən bu istilərlə baş etməyin 7 yolunu açıqlayır:

1.Evi qaranlıq saxla

Pərdələri, jalüzləri gecədən endirin. Evə düşən gün işığı içəridə " parnik  effekti" yaradır. Əgər bunun qarşısını alsaz, ev istidən yanmaz, kifayət qədər normal temperatur olar.

2.Evi gecədən soyudun

Bütün gecə boyu pəncərələri açıq qoyun, qapıları torlu qapı ilə əvəz edin. Sərin gecə havası evi soyudur və bu temperatur gündüz də normada qalır. Xüsusən yelçəkənli evlərdə bu əla effekt verir. Bina evində yaşayanlar dəhlizə, bloka açılan qapını da axşam 1-2 saatlıq aralı qoysa, ev kifayət qədər nəfəs alacaq.

3.Gen, boş, açıq rəngli geyimlər seçin

İsti yay günləri cins, qara şalvar, dar geyimlər, tünd rənglər sizi çox tərlədəcək. Sintetikanı unudun. Təbii pambıq, kətan, krujeva, ipək  material seçin. Çalışın üzərinizdə geyim minimum olsun. Yəni top, mayka, üstdən köynək artıq çoxdur. əgər evdə təksizsə, alt paltarı ilə gəzin. Niyə də yox. Yayda dəri nəfəs almalıdır.

4.Hindular və ərəblər kimi edin