Bircə məktubla İmam Əli Müaviyyənin (lən) bütün durumunu ifşa etdi


Digərləri 30 İyn 2018 22:50:00 434 0

Bircə məktubla İmam Əli Müaviyyənin (lən) bütün durumunu ifşa etdi

Dinimizin nəzərinə görə təmtəraqdan uzaq olmaq və sadə yaşamaq - dövlət xadimlərinin əsil hədəfi olmalıdır. Çünki əgər təmtəraq içərisində yaşasalar, heç bir zaman zəif təbəqənin halından xəbərdar ola bilməyəcək və onların çəkdiyi əziyyəti hiss edə bilməyəcəklər.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) həyatı boyu bu hədəfə doğru getmiş və onu yerinə yetirmişdir. Lakin onu yerinə yetirməyənləri nəhy-əz-munkər etmək üçün əlindən gələni etmiş və bu dini vəzifəsini bəzən məktub, bəzən əmr və göstəriş, bəzən də dost tövsiyəsi kimi bəyan etmişdir.

İmam Əli (ə) dəfələrlə Müaviyyənin (lən) səhvlərini ona bildirmiş və onu doğru yola hidayət etməyə çalışmışdır.

İmamın (ə) Müaviyyəyə (lən) yazdığı məktubların biri ilə tanış olaq. Əslində bu sözlər Müaviyyəyə ünvanlansa da, təmtəraq və dünya zinəti ardınca olan hər bir kəsə aid edilir.

İmam (ə) məktubda buyurur: "O zaman ki, dünyanın pərdələri önündən kənara çəkiləcəkdir, həmin anda nə edəcəksən?