İmam Əlinin (ə) buyurduğu 4 amil


Digərləri 30 İyn 2018 22:40:00 262 0

İmam Əlinin (ə) buyurduğu 4 amil

Dövlətlərin ən mühüm xüsusiyyəti - xalqa xidmət etmək mübarizə-müdafiə ruhiyyəsinə malik olmaqdır. Çünki dövlət, xalqın nümayəndəsi kimi, insanların rifahını təmin etmək və dövləti inkişaf etdirmək vəzifəsini öhdəsinə götürmüşdür.

Amma nalayiq insanların hökumət işinə qarışmaqları həmin dövlətin süqut etməsinə gətirib çıxarda bilir. Necə ki, Həzrət Süleymanın (ə) hökuməti ona görə tez süqut etdi ki, alçaq və xəbis insanlar bu dövlətə dəxalət etdilər və onu məhv etdilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah Təala bu barədə Qurani-Kərimdə buyurur: "(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular.

Halbuki, o ikisi "biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)" deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!". Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər. Həqiqətən, belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!". ("Bəqərə" 102).

İmam Əli (ə) dövlətlərin nə üçün inkişaf etmədiklərinin 4 səbəbini bəyan etmiş və buyurmuşdur:

1. Əsil məsələləri zay etmək.

2. İkinci dərəcəli məsələlər ilə məşğul olmaq.

3. Alçaq insanların qabağa atılması.

4. Fəzilətli insanların geridə saxlanması.