Saakaşvili Gürcüstana qayıdacağına söz verdi


Dünya 30 İyn 2018 22:46:00 258 0

Saakaşvili Gürcüstana qayıdacağına söz verdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, bu ilin payızında ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün respublikaya qayıdacaq.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə RTVi məlumat yayıb.

"Düşünürəm ki, payızda keçiriləcək prezident seçkilərinə qədər qayıdacağam. Əminəm ki, Bidzina İvanişvili seçkilərdə məğlub olacaq. Əlbəttə, o, seçkiləri saxtalaşdıracaq. Lakin bu, ondan alınmayacaq", - deyə siyasətçi telekanala verdiyi müsahibədə bildirib.