Cəlilabadda qadın baldızını döyüb


Digərləri 30 İyn 2018 22:47:00 304 0

Cəlilabadda qadın baldızını döyüb

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Suluçeşmə kəndində 1959-cu il təvəllüdlü yerli sakin Məmmədova Gülxas Sahib qızı qardaşının həyat yoldaşı tərəfindən döyülüb.

Qadın müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.