Mingəçevirdə suda boğulan gənc oğlan xilas edilib


Digərləri 30 İyn 2018 21:54:00 317 0

Mingəçevirdə suda boğulan gənc oğlan xilas edilib

ingəçevir şəhərində batmaq təhlükəsi ilə üzləşən 18 yaşlı gənc xilas edilib.

Son.az "Report"a istinadən bildirir ki, 2000-ci il təvəllüdlü şəhər sakini Məmmədzadə Kamran Vüqar oğlu Mingəçevir su anbarında çimərkən batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları son anda gənci xilas edərək sahilə çıxarıblar. Zərərçəkmişə hadisə yerində "təcili yardım" xidməti tərəfindən tibbi yardım göstərilib.