Bakıda təcili tibbi yardım maşını aşıb


Digərləri 30 İyn 2018 21:56:00 279 0

Bakıda təcili tibbi yardım maşını aşıb

Bakının Səbail rayonu ərazisində təcili tibbi yardım maşını aşıb.

Milli/Az baku.ws-yə istinadla xəbər verir ki, hadisə Xəqani küçəsində, 160 nömrəli gimnaziyanın yaxınlığında baş verib.

"MediClub" klinikasına məxsus təcili tibbi yardım maşını qəzaya düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı "MediClub" klinikasına məxsus təcili tibbi yardım maşını qarşısına çıxan digər avtomobillərə dəyib və sürücü idarəetməni itirib.

Son.azv