Gömrük Əməkdaşlıq Şurasının 132ci sessiyası başa çatıb FOTO


Digərləri 30 İyn 2018 21:31:00 341 0

Gömrük Əməkdaşlıq Şurasının 132ci sessiyası başa çatıb  FOTO

Ümumdünya Gömrük Təşkilatının Brüsseldə yerləşən Baş qərargahında iyunun 28-dən keçirilən Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası bu gün başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyətimiz iştirak edib.

Bu gün sessiyada büdcə və maliyyə məsələlərinin müzakirəsi və Ümumdünya Gömrük Təşkilatına seçkilər keçirilib. Kunio Mikuriya yenidən Ümumdünya Gömrük Təşkilatının baş katibi, Enrike Kanonisə Gömrük Əməkdaşlıq Şurasının sədri seçilib.


Xəbərə aid fotolar