BakıSumqayıt yolu haqqında son xəbər VİDEO


Digərləri 30 İyn 2018 21:17:00 289 0

BakıSumqayıt yolu haqqında son xəbər  VİDEO

Bakı-Sumqayıt yolunda aparılan təmir işlərinin 1-ci mərhələsi başa çatıb. Nəticədə də 20 yanvar dairəsindəki körpüdə və "Şamaxinka" ərazisindəki tuneldə hərəkət bərpa edilib. Artıq işlərin 2-ci mərhələsinə də başlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 20 yanvar dairəsindəki körpüsdə və tuneldə hərəkət bərpa edildi.

Bakı-Sumqayıt yolunun 6-11-ci kilometrlik hissəsində aparılan təmir işlərinin 1-ci mərhələsi başa çatıb. Təmir işləri aparılan müddətdə Moskva prospektində 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi - "Şamaxı yolu" adlanan ərazi istiqamətinə yönəldilmişdi. Həmin ərazidə təmir işləri başa çatıb və bu gün səhərdən etibarən körpüdə və tuneldə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Nəticədə də "Şamaxinka" adlanan ərazidə və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yaranan tıxac aradan qalxıb.

Artıq işlərin 2-ci mərhləsinə start verilib. Bu mərhələdə isə Xırdalan dairəsi istiqamətində təmir işləri aparılır.


Xəbərə aid video