Qul haqqı ilə Allahın hüzuruna gələnlərin aqibəti necə olacaq?


Digərləri 30 İyn 2018 21:20:00 442 0

Qul haqqı ilə Allahın hüzuruna gələnlərin aqibəti necə olacaq?

Bu insanlar necə bağışlanacaq ki, halbuki onlar başqalarına zülm ediblər?

İslaminSesi.info - İnsan Mütəal Allahın yer üzündə xəlq etiyi milyonlarla varlığın biridir. Həm də, bu milyonlardan ən ağıllısı.

İnsan bu ağıl yükünü qəbul etməklə həm şərəf əldə edir, həm də məsuliyyət! İnsanın öhdəsinə aldığı məsuliyyətlər ümumi formada 3 hissədən ibarətdir:

-Haqqul-Allah,

-Haqqun-nass

-Haqqu-nəfs.

Birinci insanın rəbbini tanıması və öhdəlikləri qarşısında itaətkar olması, ikinci insanlar qarşısında öhdəlikləri və onlara riayət etməsi, üçüncü isə əmanət olaraq öz canına olan öhdəlik və vəzifələrini ehtiva edir.