Borulardan axan sular zirzəmiyə tökülür


Digərləri 30 İyn 2018 21:06:00 288 0

Borulardan axan sular zirzəmiyə tökülür

Mingəçevirdə bir binanın həm içməli su, həm də kanalizasiya boruları sıradan çıxdığından su zirzəmiyə tökülür.binada yaşayan sakinlər bundan narahat olublar. Bu səbəbdən ətrafa da pis qoxu yayılır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, borulardan axan sular zirzəmiyə tökülür. Bu suyun kanalizsaiya suyuna qarışması isə ətrafa pis qoxu yayır.

Xoşagəlməz vəziyyət Mingəçevir şəhəri Ərəş 1 ünvanında yaşanır. təxminən 50 il öncə tikilən 4 mərtəbəli binanın həm içməli su,həm də kanalizasiya boruları sıradan çıxdığından maye zirzəmiyə dolub. Sakinlər isə bunun təhlükəli olmasından narahatdır.

24 ailənin yaşadığı binanın boruların nasazlığı səbəbindən 3-4-cü mərtəbələrə su qaldırmaqda mümkün olmur. Sakinlər ətrafa yayılan pis qoxudan əlavə,zirzəmidən çıxan həşaratlarında azyaşlılar üçün təhlükəli olduğunu deyirlər.


Xəbərə aid video