Təqvalı qarı qüdrətli əmiri necə ram etdi


Digərləri 30 İyn 2018 20:50:00 318 0

Təqvalı qarı qüdrətli əmiri necə ram etdi

Nəql edilir ki, Əmr ibni Leys soyuq qış günündə ordusu ilə birlikdə Nişapur şəhərinə daxil olur. Hava çox soyuq olduğu üçün Nişapur camaatının evlərinə yerləşirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, təqvalı qoca bir qadının beş otaqlı evi vardı. Ordu bu otaqların az qala hamısını zəbt etmişdi. Qadın da şikayət üçün Əmr ibni Leysin yanına gedir və deyir: "Ey əmir! Mən qoca qadınam. Mənim evimin bütün otaqlarını sənin əsgərlərin zəbt ediblər. Mənə, beş qızım və gəlimlərimlə birlikdə cəmi bir otaqda yer veriblər. Bizim üçün heç bir əmin-amanlıq qalmamışdır. Çünki sənin əsgərlərin həmin otağa girir və dini, əxlaqi mövzulara riayət etmirlər. Ailəmin namusunu qorumaq mənim üçün çətin olmuşdur. Bu hal sənin kimi bir əmirə yaraşmır".

Əmir bu sözlərdən narahat oldu və dedi: "Bəs mənim əsgərlərim bu soyuq havada nə etsinlər? Çıx get".

Qadın üzünü çevirib getdi. O, gedən zaman Əmrin sərkərdələrindən biri deyir: "Ey əmir! Bu qadın çox təqvalı, bilikli və ibadət əhlidir. Yaxşı olar ki, ona mehribanlıq edəsən".

Əmr göstəriş verir ki, qadını geri qaytarsınlar. Onu gətirən zaman soruşur: "Quran oxumusan?".

Cavab verir: "Bəli".

Əmr deyir: "Məgər bu ayəni oxumamısan? "Dedi: "Şübhəsiz, padşahlar elə ki, bir şəhərə (ya ölkəyə) daxil olarlar, oranı xarabazara çevirərlər və ölkənin başçılarını və qüdrətlərini zəlil edərlər və (onlar adətən) belə (hərəkət) edərlər"". ("Nəml" 34).