Cəmiyyətin ehtiyac duyduğu ən mühüm məsələ


Digərləri 30 İyn 2018 20:20:00 300 0

Cəmiyyətin ehtiyac duyduğu ən mühüm məsələ

Müsəlman cəmiyyətin əməl etmədiyi və beləliklə öz əleyhinə yönəlmiş güclü bir silah - təbliğat.

İslaminSesi.info - Bu gün əkəsriyyətimizin özümüzə vəzifə bilmədiyi, müsəlmanlar arasında məzluma çevrilən (məzlum olan) ilahi bir hökm - təbliğat.

İslam düşmənlərinin müsəlmanların əleyhinə gecə gündüz istifadə etdikləri və təəssüflə qeyd edək ki, bir çox mənada nail olduqları, bir məsələ - təbliğat.

Çoxlarımızın mənasını belə bilmədiyimiz bir söz - təbliğat

Nədir "Təbliğ" ?  Təbliğat dedikdə görəsən neçə nəfər bu suala düzgün cavab verəcək? İndi fikirləşirsiniz ki, "təbliğ" sözünün mənası nəyisə, kimlərəsə "çatdırmaq"dır ?  Hələ də belə düşünürük?  Çox təəssüf...

Son.az islaminıesi.info-ya istinadən bildirir ki, elə bu səhv düşüncəmizin nəticəsidir ki, hər sözü, harda, necə gəldi düşünmədən, olduğumuz şəraiti və məkanı nəzərə almadan, qarşımızdakı şəxsin kimliyinə baxmadan və "təbliğ" sahəsində Quranın və İslamın buyuruqlarına məhəl qoymadan, öz istəklərimiz əsasında "təbliğ" edirik və bu da nəticəsiz qalır. İlahi hədəflərə müvafiq olmayan hər iş kimi bu da müvəffəqiyyət ələyindən keçə bilmir. Zahirdə özümüzü təbliğatçı kimi görsək də, ilahi baxışda bizim etdiklərimiz  ilahi "təbliğat"dan  çox-çox uzaq olur.

Yaxşı nədir TƏBLİĞAT?

Təbliğ  sözünün əsl mənası: Təbliğ  hər hansı bir xəbəri münasib və təsirli vasitədən istifadə etməklə çatdırmağa deyilir.

Deməli, təbliğdə təkcə çatdırmaq yox, münasib və təsirli vasitə də mühum rol oynamaqdır.

Təbliğat dini vəzifə olmaqla yanaşı həm də fitri bir məsələdir. Allah bunu bütün canlılların fitrətində qoymuşdur. Süleyman ordusunun gəlişini, qarışqalardan birinin digərinə xəbər verməsi (Nəml 18), şanapipiyin Səba xalqının günəşə sitayiş etmələrini Hz Süleymana xəbər verməsi kimi. (Nəml 24)

Bu ilahi vəzifənin tarixçəsi insanların yaranması ilə başlayaraq qiyamətə qədər  davam edəcək. (Fatir 24)

Ona görə də asanlıqla deyə bilərik ki, yer üzündə yaşayan ilk şəxs, eyni zamanda ilk mübəlliğdir.

Təbliğ silahı zalımların əlində olduqda, ondan ancaq öz nəfsi istəklərinə görə istifadə edirlər. Amma ilahi peyğəmbərlər və ilahi  insanlar isə bu vasitədən ilahi hədəflərin yer üzündə bərqərar olması üçün istifadə edirlər. (Nəhl 36, Ənfal 24)

Müasir zamanda biz müxtəlif təbliğ vasitələrindən istifadə edə bilərik. Bu hər kəs üçün özünə görə dəyişə bilən bir məsələdir. Dünya məhşurlarının təbliğ barədə dediklərini nəzərdən keçirtdikdə bir neçə cümlə diqqətimi çəkdi.

Napaleon deyir: "Qəzetləri yazan qələmin səsi, məni güllələrin səsindən daha çox qorxudur."

Amerikanın keçmiş ölkə başçısı Karter deyir: " Təbliğ üçün xərclənən bir dollar, silaha xərclənən on dollardan daha yaxşıdır."

Hitlerin təbliğat üzrə naziri deyir: "Qaz vasitəsi ilə yüzlərlə insan zəhərlənir, lakin yalan və şayiə ilə yüz milyon insanı da zəhərləmək olar.

Bu təbliğ vasitələri siz oxuculara heç də yad deyildir. Müxtəlif virusları yaradan, daha sonra onlara qarşı vaksinləri hazırlayanlar da eyni mənbədir. Bu virus, həm də məlumat sahəsində olur ki, bunun heç vaksinləri də satılmır. KİV-ri bu virusa elə aludə olub ki, gəl görəsən... Bunun vaksini sadəcə düşünmək və ağıldan düzgün istifadə etməkdir.

Biz niyə bu hala düşdük? Niyə fitrətimizdə yatan təbliğat silahımız pas atıb? Niyə oyanmırıq? Və ya niyə oyanmaq istəmirik?

Yəhudilərlə bağlı bir sənədli filmi izləyirdim. Yəhudilərin təbliğ üsullarından danışırdı. O zaman özümə maraqlı gələn iki hissəni qeyd etmişdim. Onları sizinlə də bölüşüm. Stat: "... Biz yəhudilər təbliği özümüzə vəzifə bilirik. Əgər bir yerdə toplu halda yaşasaq içimizdən bir neçə nəfər təbliği özünə vəzifə bilir. Yəni etdiyimiz səhvləri bizə xatırladır və bizə alternativ yollar göstərir...

Şərhçi: "Yəhudilərin digər təbliğ üsulu isə ikili təbliğ üsuludur. Beləki içlərindən biri bir sahədə müvəffəqdirsə, onda bir nəfəri də özünə həmkar seçərək birgə  fəaliyyət göstərirlər. O araşdırır, digəri isə onu  işlərini cəmiyyətdə təbliğ edir."

Bu metodlar sizə tanış gəldimi? Yəhudinin dediyi "təbliği özümüzə vəzifə  bilirik" sözü əslində Allahın bizə əmr etdiyi işdir ki, ondan uzaq düşmüşük.

Buda ayəsi: (Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir. (Ali-İmran 104)

Videonu şərh edənin də qeyd etdiyi metod, yenə də Quranın təbliğat üsuludur. Hz Musa və Hz Harunun birgə fəaliyyətini əks etdirən nümunəvi bir metod.  Beləki Hz Musa və Harun təbliğ işlərini aralarında bölürlər. İslami hədislər də bizi bu cür təbliğə səsləyir: "Allah rəhm etsin o bəndəyə ki, başqası ilə birləşib, bizim yolumuzu təbliğ edir."

Tarix boyu müsəlmanların əzilməsinin və onlara qarşı çox asanlıqla əks təbliğatın aparılmasının başlıca səbəblərindən biri də, bu cür təbliğat təşkilatlarının və birliklərinin olmamasına görədir.