İlahi tövbənin gözəl şəkildə izahı şəhid Mütəhhərinin dili ilə


Digərləri 30 İyn 2018 20:10:00 433 0

İlahi tövbənin gözəl şəkildə izahı şəhid Mütəhhərinin dili ilə

İnsan daima yaşam mücadiləsi verir. Lakin bundan da ən çətin mübarizəsi nəfsi ilə mübarizəsidir.

Adəm övladı hesab olunan insan bu dünyada mübarizə meydadındadır. O daima yaşam mücadiləsi verir. Lakin bundan da ən çətin mübarizəsi nəfsi ilə mübarizəsidir.

Son.az islaminıesi.info-ya istinadən bildirir ki, insanlar mənəvi və ruhi gücündən aslı olaraq günahlar qarşısında müxtəlif şəkillərdə dayana bilirlər. Bu səbəbdən Alahın xüsusi mənəvi paklığ bəxş etdiyi kəslərdən başqa bütün insanlar müxtəlif günahlara mürtəkib olurlar. Lakin bununla belə Allahın rəhmət və məğfirət qapısı daima bəndələrinin üzünə açıqdır. Bu qapı tövbə qapısıdır!

Qurani Kərim insanları daim bu qapıya doğru səsləyir, onlardan həqiqi tövbə etmələrini istəyir:

"Ey iman gətirənlər, Allaha  nəsuh - (xalis) bir tövbə edin!" (Təhrim-8)