Oğlanlara məktəbə şortla gəlməyə izn verilmədi...


Digərləri 30 İyn 2018 19:51:00 271 0

Oğlanlara məktəbə şortla gəlməyə izn verilmədi...

Britaniyada bir məktəb oğlanlara dərsə şortla gəlməyə izn vermədikdən sonra etiraz edən şagirdlər məktəbə ətəklə gəldilər.

Hadisə ölkənin cənubundakı Bournmouth bölgəsində baş verib.

Ferndown Middle orta məktəbi istilərə görə şort geyinmək istəyən 13 yaşlı şagirdlərin müvafiq müraciətini rədd edib.

Şagirdlər isə forma qaydalarının sərtliyinə etiraz əlaməti olaraq dərsə ətəkdə gəlməyə qərar veriblər.

Bu arada onlardan biri ətəyin çox qısa olmasına görə məktəbə buraxılmayıb, yerli Daily Echo qəzeti xəbər verir.

Hadisədən sonra məktəb müdiriyyəti şagirdlərin istəyini nəzərə alıb, məktəbdə izn verilən geyim növlərinə şortları da əlavə etmək niyyətindədir.