Avropaya saxta pasportla keçmək istəyən pakistanlılar saxlanılıb


Dünya 30 İyn 2018 19:41:00 280 0

Avropaya saxta pasportla keçmək istəyən pakistanlılar saxlanılıb

Belorus sərhədçiləri azarkeş pasportu ilə Avropaya keçmək istəyən üç pakistanlını saxlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, əvvəlcə onlar guya Rusiyaya dünya çempionatına azarkeşlik etmək üçün gəliblər.

Daha sonra Minsk şəhərinə gedərək Almaniyaya keçmək istəyiblər. Sərhədçilər Pakistan vətəndaşlarının pasportunda saxtakarlıq aşkar edib.