Sumqayıtda velosipedçi qızı maşın vurub


Sosial 30 İyn 2018 19:33:54 294 0

Sumqayıtda velosipedçi qızı maşın vurub

İyirmi yaşlı qızın vəziyyəti ağırıdır

Sumqayıt şəhərində 20 yaşlı velosipedçi qızı maşın vurub.

"Report"un yerli bürosunun məlumatına görə, 1998-ci il təvəlldlü Hacıyeva Nigar Cahanşah qızı Hacı Zeynalabdin qəsəbəsində öz şəxsi velosipedi ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn "QAZ 24" markalı avtomobil onu vurub.

Qəsəbə sakini ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, əməliyyat olunan 20 yaşlı qızın vəziyyəti ağırdır.

Sürücü məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.