Mercedes dirəyə çırpılaraq yandı,


Digərləri 30 İyn 2018 18:49:33 249 0

Mercedes dirəyə çırpılaraq yandı,

Şirvan şəhərində ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

Son.az APA-ya istinadən bildirir ki, şəhərin Heydər Əliyev prospektində Şirvan sakini, 1984-cü il təvəllüdlü Mustafayev Samiq Səlim oğlu 10 SA 431 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin idarəetməsini itirib, avtomobil işıq dirəyinə çırpılıb və bu zaman yanğın baş verib. Avtomobildə olan sərnişinlərdən biri ölüb, digər sərnişin xəsarət alaraq şəhər xəstəxanasına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıblar.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Son.az