Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanının nəticələri elan olundu


Digərləri 30 İyn 2018 17:40:00 238 0

Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanının nəticələri elan olundu

İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub.

Son.az xəbər verir ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 30 iyun 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 21 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri saat 17:09-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. 

Nəticələrə əsasən:

BA1 altqrupu üzrə - 2 nəfər;

BA2 altqrupu üzrə - 11 nəfər;

BA3 altqrupu üzrə - 23 nəfər;

BA4 altqrupu üzrə - 44 nəfər;

BB1 altqrupu üzrə - 54 nəfər;