Məşqçi: Gimnastika yarışları uşaqları bu idman növünə həvəsləndirir


Digərləri 30 İyn 2018 17:33:53 287 0

Məşqçi: Gimnastika yarışları uşaqları bu idman növünə həvəsləndirir

"Ocaq Sport" klubunun məşqçisi yetirmələrinin idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının yarışlarındakı çıxışlarından razıdır.

Bakı. Cani Babayeva - "Ocaq Sport" klubunun məşqçisi Anjella Abdullayeva yetirmələrinin idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının yarışlarındakı çıxışlarından razıdır. Məşqçi deyib ki, bəzi idmançılar üçün bu, ilk yarış, digərləri üçünsə ikinci, üçüncü idi: "Onların çıxışlarını yaxşı qiymətləndirirəm. Bəzi çatışmazlıqlar var, amma proqramımız yenidir. Bəzi yerlərdə proqram mürəkkəbləşib və qızlar ilk dəfə bu proqramla çıxış edirdi". A.Abdullayeva qeyd edib ki, Milli Gimnastika Arenasında genişmiqyaslı beynəlxalq və respublika müsabiqələrinin keçirilməsi uşaqlar idmana həvəsləndirir: "Uşaqlar gəlir, müsabiqələrə baxır və onlarda gimnastika ilə məşğul olmaq, yüksək nəticə göstərmək arzusu yaranır".