Qobustanda taxıl sahəsi yanıb


Digərləri 30 İyn 2018 17:16:00 243 0

Qobustanda taxıl sahəsi yanıb

Qobustan rayonunun Sədəfli kəndində 300 m² sahədə kol-kos, 1 ha biçilməmiş və 3 ha biçilmiş taxıl sahəsi yanıb. 

Son.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı ev və 800 ha biçilməmiş taxıl sahəsi yanğından mühafizə olunub. 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.