“İran vətəndaşları dollar dalınca Azərbaycana axın edir”
Digərləri 30 İyn 2018 17:20:00 254 0
İran prezidenti Həsən Ruhaninin müşaviri Əkbər Türkan ölkədə davam etməkdə olan valyuta böhranına görə Mərkəzi Bankı tənqid edib.
Virtualaz.org xəbər verir ki, İranın yarırəsmi "Tasnim" agentliyinə açıqlama verən Əkbər Türkan Mərkəzi Bankın dolların məzənnəsini 4 min 200 tüməndə sabitləşdirmək üçün gecikdiyini bildirib.
"Mərkəzi Bank dolların məzənnəsnin sabitləşdirilməsinə dair qərarı təxirə salaraq vəziyyətin bu həddə gəlib çatmasına səbəb oldu"-prezidentin müşaviri deyib.
Xəbər verildiyi kimi İranda son həftələrdə milli valyuta dollarla müqayisədə sürətlə dəyərdən düşür, nəticədə əsas tələbat mallarının qiymətləri kəskin artır. Dolların bahalaşması və qiymətlərin artması İranın bir sıra şəhərlərində hakimiyyətə qarşı küçə etirazları, toqquşmalarla müşaiyət olunub. İran hakimiyyəti milli valyutanın dəyərdən düşməsinə görə ABŞ-ı günahlandırır.