"ABŞın İrana və İran xalqının ABŞa qarşı düşmənçiliyi günügündən artır"


Dünya 30 İyn 2018 16:25:00 260 0

"ABŞın İrana və İran xalqının ABŞa qarşı düşmənçiliyi günügündən artır"

Düşmənin planı sistem və xalq arasında ayrılıq yaratmaqdır.

Son.az APA-ya istinadən bildirir ki, bunu Ayətullah Xamenei bu gün İmam Hüseyn adına Hərbi Akademiyanın buraxılış mərasimində çıxışında  deyib.

Ayətullah Xamenei  bildirib ki, İran xalqının gücünün ən böyük sübutu ABŞ-ın bütün çalışmalarına baxmayaraq ölkənin inkişafıdır: "Əgər xalq  güclü olmasaydı, düşmənin bu çalışmasının onda biri bu sevimli sistemi xalqın əlindən almaq üçün kifayət edərdi."

ABŞ-ın regionda koalisiyalar yaratmasını İranın güclü olmasının digər bir sübutu olduğunu vurğulayan Ayətullah Xamenei  bildirib ki,  əgər ABŞ  İslami sistemə qələbə çalmaq gücündə olsaydı, İranda iğtişaş və gərginliklər yaratmaq üçün  region ölkələri ilə  koalisiya qurmağa ehtiyac duymazdı.