İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı iştirakçılarının sonuncu qrupunun mükafatlandırılması keçirilib (FOTO)


Digərləri 30 İyn 2018 15:18:03 327 0

İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı iştirakçılarının sonuncu qrupunun mükafatlandırılması keçirilib (FOTO)

Bu gün Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı iştirakçılarının sonuncu qrupunun mükafatlandırılması keçirilib.

Bakı. Ənvər Məmmədov - Bu gün Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı iştirakçılarının sonuncu qrupunun mükafatlandırılması keçirilib. Trend-in məlumatına görə, yarışların ikinci günündə kişilər arasında "balalar", qadınlar arasında "uşaqlar" və "balacalar" kateqoriyalarında çıxışlar baş tutub. Oğlanlar arasında "balalar" kateqoriyasında birinci yeri Hüseyn Mustafazadə, ikinci yeri İbrahim Aydınlı, üçüncü yeri Rəşid Əliyev tutub.