Tamaşaçı: Azərbaycan Gimnastika Federasiyası bu idman növünün inkişafı və populyarlaşması üçün böyük iş görür


Digərləri 30 İyn 2018 15:02:41 267 0

Tamaşaçı: Azərbaycan Gimnastika Federasiyası bu idman növünün inkişafı və populyarlaşması üçün böyük iş görür

Heç bir ölkədə Bakıdakı kimi gözəl gimnastika arenası yoxdur

Bakı. Cani Babayeva - Heç bir ölkədə Bakıdakı kimi gözəl gimnastika arenası yoxdur. Bunu Trend-ə idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının tamaşaçısı Nəzakət Qəhrəmanova deyib. Tamaşaçı bildirib ki, tez-tez Milli Gimnastika Arenasında keçirilən yarışlara gəlir: “Burada bütün yarışlar gözəl keçir, idmançılar üçün bütün şərait yaradılıb. Biz xaricdə də yarışlara gedirik, ona görə tam əminliklə deyə bilərəm ki, heç bir ölkədə bu cür gözəl arena yoxdur”. N.Qəhrəmanovanın sözlərinə görə, ölkədə idmanın, o cümlədən gimnastikanın inkişafına böyük diqqət ayrılır: