Məşqçi: İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı yüksək səviyyədə təşkil olunub


Digərləri 30 İyn 2018 14:01:03 267 0

Məşqçi: İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı yüksək səviyyədə təşkil olunub

İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı yarışlarında gimnastların çıxışları yaxşı səviyyədədir

Bakı. Cani Babayeva - İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışlarında gimnastların çıxışları yaxşı səviyyədədir. Bunu Trend-ə idman gimnastikası üzrə Azərbaycanın gənclərdən ibarət milli komandasının məşqçisi Gennadi Kotelnikov deyib. Məşqçi bildirib ki, uşaqlar yeni proqramları və yeni elementləri yerinə yetirib: “Onlar üçün bu çıxışlar çox məsuliyyətli və həyəcanlıdır. Bu, gələcək inkişaf üçün yaxşı başlanğıcdır”. G.Kotelnikovun sözlərinə görə, turnir yüksək səviyyədə təşkil olunub: