“Kişi dedi ki, gəl maşınıma min aparım səni” Elza Seydicahan VİDEO FOTO


Şou-biznes 30 İyn 2018 13:50:00 324 0

“Kişi dedi ki, gəl maşınıma min aparım səni”  Elza Seydicahan  VİDEO  FOTO

ARB TV-nin "Səhər-Səhər" verilişinin qonağı olan əməkdar artist Elza Seydicahan başına gələn hadisədən danışıb: 

"Elə vaxtı olub ki, yolumu azmışam. Bir dəfə mən tələbə vaxtı Biləcəriyə təzə gəlmişdik. Getmişdim dərziyə. Oğlum balaca idi, 5 yaşı vardı. Anam evi təzə almışdı. Evə gələndə azdım. Gecə vaxtı bilmədim hara gedim. Bir maşın geriyə verdi və dedi ki, xanım, deyəsən, siz azmısız. Mən də ağladım.

O vaxt ürkək vaxtım idi. Kişi dedi ki, gəl min maşına aparım da. Dedim ki, yox, mən sizin maşınınıza minə bilmərəm. Siz sürün mən oğlumla gəlim dalınızca. Kişilər tökülüşdü ki, ay bacı, narahat olmayın, biz də burdayıq. Minin burdadı maşınla aparsın sizi".


Xəbərə aid foto