DİN-dən əməliyyat: 12 kiloqram narkotik aşkarlanıb


Digərləri 30 İyn 2018 13:21:00 258 0

DİN-dən əməliyyat: 12 kiloqram narkotik aşkarlanıb

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bakı. Samir Əli - Daxili işlər orqanları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 12 kiloqrama yaxın narkotik vasitə, xüsusi aqrotexniki qaydada yetişdirilmiş 130 ədəd narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb, həmçinin yabanı halda bitmiş, çəkisi 13 tona yaxın çətənə kolları məhv edilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağcabədi Rayon Polisn Şöbəsinin əməkdaşları şəhər sakini Səfər Mamedovun Şənlik kəndi ərazisindəki torpaq sahəsindən 9 kiloqram 515 qram marixuana, Neftçala RPŞ-nin əməkdaşları Ərəbqardaşbəyli kənd sakini Vüqar Məmmədovdan 16 qram, həyətindən isə 950 qram marixuana, Sumqayıt ŞPİ 4-cü PB-nin əməkdaşları şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Bəhlul Cəbiyevdən 485 qram, Pyotr Briyukovdan isə 480 qram marixuana, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsinin əməkdaşları Biləcəri qəsəbə sakini G.Adıgözəlovanın evindən dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 44 ədəd çətənə kolu, Xəzər RPİ-nin əməkdaşları Türkan qəsəbə sakini Zaur İbrahimovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 33 ədəd çətənə kolu, Astara RPŞ-nin əməkdaşları Şahağacı kəndi sakini, əvvəllər məhkum olunmuş Xosrov Rüstəmovun torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu aşkar edərək götürüblər.