Cənubi Koreya millisi ikili münasibətlə üzləşdi - foto


İdman 30 İyn 2018 12:35:00 274 0

Cənubi Koreya millisi ikili münasibətlə üzləşdi - foto

DÇ-2018-də F qrupunu 3-cü pillədə tamamlayan Cənubi Koreya millisinin üzvləri öz ölkələrinə qayıdıb.

Goal.az-ın məlumatına görə, hava limanında onları iki cür azarkeş qarşılayıb. Bəziləri oyunçulara güllər hədiyyə edib, bəziləri isə komandanın çıxışından narazı qaldıqları üçün onları yumurta atəşinə tutub.

Qeyd edək ki, Cənubi Koreya qrupun son turunda DÇ-2014-ün qalibi Almaniya üzərində 2:0 hesablı sensasiyalı qələbə qazanıb.