Dostunu xüsusi amansızlıqla qətlə yetirən şəxs şikayət etdi
Digərləri 30 İyn 2018 12:23:00 280 0
Qobustanda qəsdən adam öldürməkdə təqsirləndirilən Amal Zülfüqarov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Son.az report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyulun 5-nə təyin edilib.
Şikayət hakim Qail Məmmədovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, ötən ilin avqustunda A.Zülfüqarov Xaçmazda istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Daha sonra A.Zülfüqarov dostu Q.Məmmədlini onun xaricdə yaşayan bacısı ilə danışmasından şübhələnib və onu öldürmək qərarına gəlib. Onlar Qobustanda kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman o, arxadan Q.Məmmədliyə yaxınlaşaraq onun boyun və sinə nahiyələrinə bıçaq zərbələri endirib. Kafedə olan Tələt Hüseynov və Haldun Nəbizadə bıçağı onun əlindən almaq istəyib. Lakin A.Zülfüqarov onlara da bıçaq zərbəsi endirib. Daha sonra A.Zülfüqarov Q.Məmmədlini boğaraq öldürüb.
Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 11-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zülfüqarov tutulub.