Keçmiş və indiki xanımların insidenti


Digərləri 30 İyn 2018 11:19:00 347 0

Keçmiş və indiki xanımların insidenti

42 yaşlı şahzadə Mariya Danimarka şahzadəsi, 49 yaşlı Yoaximin ikinci nikahdakı xanımıdır. 53 yaşlı qrafinya Aleksandra Frederiksborq isə İokimin əvvəlki, ilk nikahdakı xanımıdır.

Son.az European-a istinadən bildirir ki, şahzadə İoakimin böyük oğlu, 18 yaşlı Nikolayın buraxılış günündə foto çəkdirərəkən yanında durmaq uğrunda bu iki xanım arasında "savaş" olub.

Qadınların hər biri Nikolayı "özününküləşdirməyə" çalışıb.

Danimarkanın Nestved şəhərindəki Herlufsholm kollecini bitirən Nikolayın buraxılış günü, məzun formasında atası və şahzadə Mariya ilə birlikdə şəkil çəkdirdiyi anda qrafinya Aleksandra onlara yaxınlaşıb. O, oğlunun qolundan tutub və Nikolayı ögey anasından bir qədər kənara çəkilməyə vadar edib.