"Orucluq bizim komandaya pis təsir etdi"


İdman 30 İyn 2018 11:14:00 320 0

"Orucluq bizim komandaya pis təsir etdi"

"Orucluq bizim komandaya pis təsir etdi". 

Goal.az xəbər verir ki, bunu Misir Futbol Assosiasiyasının rəhbəri Hani Abu Rida deyib. 

Onun sözlərinə görə, bir çox ərəb ölkələri futbolçularından Rusiyada keçirilən dünya çempionatı zamanı oruc tutmamağı xahiş etmişdi: "Orucluq bizim komandaya pis təsir etdi. Rusiyada turnir başlamamışdan əvvəl futbolçularla söhbət zamanı mən onlardan oruc tutmamağı xahiş etmişdim. Lakin idmançılar bunu etməyəcəklərini bildirdilər. Ramazan ayı Uruqvayla görüşdən bir gün əvvəl bitdi və bu oyuna böyük təsir etdi".