"Cənub Qaz Dəhlizi" QSC MIGA zəmanətilə sindikatlaşdırılmış kredit müqaviləsi imzalayıb


Digərləri 30 İyn 2018 11:17:00 221 0

"Cənub Qaz Dəhlizi" QSC MIGA zəmanətilə sindikatlaşdırılmış kredit müqaviləsi imzalayıb

"Cənub Qaz Dəhlizi" QSC tərəfindən Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə sindikatlaşdırılmış kredit müqaviləsi imzalanıb.

Bakı. "Cənub Qaz Dəhlizi" QSC tərəfindən Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin zəmanəti ilə Trans-Anadolu Boru Kəməri layihəsinin maliyyələşdirilməsi üçün 750 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsi imzalanıb. Belə ki, Trend-in məlumatına görə, cari ilin 29 iyun tarixində Cənub Qaz Dəhlizi (“CQD”) layihəsinin tərkib hissəsi olan Trans-Anadolu Boru Kəməri (“TANAP”) layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti, habelə Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (“MIGA”) zəmanəti ilə 500 milyon ABŞ dolları və 215 milyon avro ilə, ümumilikdə 750 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə (“CQD QSC”) ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb. Qeyd olunan kredit müqaviləsinə dair dövlət zəmanəti müqaviləsini Azərbaycan Respublikası adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD QSC-nin Baş direktoru Əfqan İsayev imzalanıb. Xatırladaq ki, MIGA 1988-ci ildə Dünya Bankı Qrupunun tərkib hissəsi kimi üzv ölkələrdə birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılan beynəlxalq maliyyə-kredit institutudur. Bu qurum investisiyaların qeyri-kommersiya risklərdən sığortalanmasını həyata keçirir. Azərbaycan Respublikası 1992-ci ildə Dünya Bankının, o cümlədən MIGA-nın üzvü olmuşdur. CQD QSC-nin Baş direktoru Əfqan İsayev CQD layihələrində görülmüş işlər barədə məlumat verib: