Quterreş Suriyanın cənubqərbində döyüşləri dayandırmağa çağırdı


Dünya 30 İyn 2018 10:52:00 250 0

Quterreş Suriyanın cənubqərbində döyüşləri dayandırmağa çağırdı

BMT-nin baş katibi Antonio Quterreş şənbə günü Suriyanın cənub-qərbində döyüşləri dayandırmağa çağırıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, BMT-nin bəyanatında baş katibin Suriyanın cənub-qərbində hərbi hücumlardan və insan itkisinin artmasından narahat olduğu və hərbi əməliyyatları dərhal dayandırmağa çağırdığı bildirilir. Antonio Quterreş, həmçinin tərəflərə beynəlxalq humanitar qaydalara və 2017-ci ildə bağlanmış deeskalasiya sazişinə hörmətlə yanaşmaq çağırışı ilə müraciət edib.