“Oğlumla olan intim videonu kəndə yaydı, o da özünü öldürdü” Kürdəmirdə


Kriminal 30 İyn 2018 10:25:00 341 0

“Oğlumla olan intim videonu kəndə yaydı, o da özünü öldürdü”  Kürdəmirdə

Kürdəmir rayonunda oğlu özünü asan ata istintaqın düzgün aparılmamasından şikayətçidir

Kürdəmir rayonunda oğlu özünü asan ata istintaqın düzgün aparılmamasından şikayətçidir.

Son.az bildirir ki, qafqazinfo-ya müraciət edən Vidadi Cabbarov bildirib ki, 23 yaşlı oğlu Əli Cabbarov martın 28-də Girdiman çayının üzərində yerləşən körpüdən özünü saman ipi ilə asaraq intihar edib.

O qeyd edib ki, Kürdəmir Rayon Prokurorluğunda istintaq aparılsa da, 3 ay ərzində ailəyə heç bir məlumat verilməyib:

"Oğlumun ölüm səbəbini açıqlamadılar. İyunun 22-də Baş Prokurorluqda qəbulda oldum, regional prokuror Natiq müəllim müstəntiq Nicat Orucova tapşırdığını dedi və mənə kömək edəcəyini bildirdi. Nicat Orucov məni qəbul edəndə bildim ki, cinayət işinə iyunun 14-də xitam verilib. Müstəntiq hər şeyi ört-basdır edib, oğlumun, guya sevgilisinin başqası ilə nişanlanmasına görə intihar etdiyi qərarını veriblər.

Əli ölümündən əvvəl məktub yazıb və qeyd edib ki, "Ata, ana fikirləşməyin ki, hansısa qıza görə 23 yaşımda cavan canıma qıydım. 1 il bundan əvvəl etdiyim səhvin qurbanı oldum. Tay-tuşlarım səhvimi üzümə vurdu. Məni bağışlayın, Haqqınızı halal edin".

O, intihardan əvvəl "Whatsapp"da həmkəndlimiz Sehrana yazıb ki, "Həyatda sənin də səhvin olar, Röyalın da. Görək siz neynəyəcəksiniz".