Jurnalistlərin binasından mənzil satan baş redaktor yenidən


Kriminal 30 İyn 2018 09:53:00 283 0

Jurnalistlərin binasından mənzil satan baş redaktor yenidən

"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Son.az report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində ilkin hazırlıq iclası keçirilib.

Hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 10-na təyin edilib.

İttiham aktına əsasən, G.Hüseynov öz içilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.