Bakıda yük avtomobili yaşlı qadını vurdu


Digərləri 30 İyn 2018 09:44:00 263 0

Bakıda yük avtomobili yaşlı qadını vurdu

Qadın çoxsaylı sınıq xəsarətləri alıb.

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Mİlli.Az report-a istinadən xəbər verir ki, hadisə M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

1965-ci il təvəllüdlü Gülməmmədova Narın Cəlil qızı yolu keçərkən onu kiçik tutumlu yük avtomobili vurub.  

O, dərhal təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Binəqədi Rayon Polis İdarəsində araşdırılır.